“PAŞA Bank” II rübə 20 mln. manatdan çox mənfəətlə yekun vurub

“PAŞA Bank” II rübə 20 mln. manatdan çox mənfəətlə yekun vurub
# 16 avqust 2016 09:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 2 038,420 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,5% artaraq 730,638 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 33,8% artaraq 1 274,236 mln. manata, çatıb. Əhalinin əmanətləri 335,648 mln. manat olub ki, bu da illik müqayisədə 40,3% çoxdur. Öhdəliklərin həcmi isə hesabat dövrünün sonuna 1 663,322 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 6,69% artaraq 375,098 mln. manata çatdığı halda, nizamnamə kapitalı 333 mln. manat səviyyəsində qalıb.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə artaraq 92,828 mln. manata, xərcləri isə 99,4% artaraq 49,637 mln. manata çatıb.

Cari ilin ikinci rübünü bank 20 mln. 329 min manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR