Bakı-APA. Tayvan sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 05:09-da qeydə alınıb.
Yeraltı təkanların episentri Taytun şəhəri yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.