Bakı-APA. Rusiyanın Hərbi-Hava Qüvvələri Suriyada hakimiyyəti gücləndirib və ölkə ərazisində humanitar vəziyyəti daha da ağırlaşdırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.
Onun sözlərinə görə, “bu təkcə Suriyada vətəndaş müharibəsi deyil, bu, həmçinin, regional derjavalar arasında gedən proksi-müharibədir” (“kənar qüvvələrin müharibəsi”).
“Rusiyanın müdaxiləsi və onun endirdiyi aviazərbələr Əsəd rejimini gücləndirib və Suriyada humanitar fəlakəti daha da ağırlaşdırıb”, - deyə Obama qeyd edib.
O, Suriya əhalisi, xüsusən, uşaqlar arasında uzun müddətdir ki, aclığın hökm sürdüyünü vurğulayıb.