Obama: "Rusiyanın aviazərbələri Suriyada humanitar vəziyyəti ağırlaşdırıb"

Obama: "Rusiyanın aviazərbələri Suriyada humanitar vəziyyəti ağırlaşdırıb"
# 26 fevral 2016 04:58 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Hərbi-Hava Qüvvələri Suriyada hakimiyyəti gücləndirib və ölkə ərazisində humanitar vəziyyəti daha da ağırlaşdırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

Onun sözlərinə görə, “bu təkcə Suriyada vətəndaş müharibəsi deyil, bu, həmçinin, regional derjavalar arasında gedən proksi-müharibədir” (“kənar qüvvələrin müharibəsi”).

“Rusiyanın müdaxiləsi və onun endirdiyi aviazərbələr Əsəd rejimini gücləndirib və Suriyada humanitar fəlakəti daha da ağırlaşdırıb”, - deyə Obama qeyd edib.

O, Suriya əhalisi, xüsusən, uşaqlar arasında uzun müddətdir ki, aclığın hökm sürdüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR