Tehranda 22-ci Beynəlxalq Qəzet və Xəbər Agentlikləri sərgisi açılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, “Şəffaflıq və sədaqət” devizi altında keçirilən sərgidə 900-dək yerli və xarici media strukturu iştirak edəcək.
Onların arasında APA İnformasiya Agentliyi də var.
Bu il sərgidə iştirak edən media strukturlarının sayında 30 faiz artım gözlənilir. Sərgi noyabrın 11-dək davam edəcək.