İrəvan şəhər polis idarəsinin rəisi vəzifəsindən azad edilib

İrəvan şəhər polis idarəsinin rəisi vəzifəsindən azad edilib
# 08 avqust 2016 17:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İrəvan şəhər polis idarəsinin rəisi, general-leytenant Aşot Karapetyan tutduğu vəzifədən azad edilib.

 

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, A. Karapetyan Ermənistan polis rəisi Vladimir Qasparyanın imzaladığı müvafiq əmrlə işdən çıxarılıb.

 

Aparılmış xidməti araşdırma nəticəsində A. Karapetyana şiddətli töhmət verilib.

 

İrəvan şəhər polis idarəsinin yeni rəisinin kimliyinə də aydınlıq gətirilib. Ermənistan mediasının məlumatına görə, İrəvan şəhər polis idarəsinin rəisi vəzifəsinə Şirak vilayətinin polis idarəsinin rəisi Sarkis Martirosyan rəhbərlik edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR