Əfqanıstan İnsan Haqları Komissiyası "Taliban"ı onun fəaliyyətinə mane olmamağa çağırıb

Əfqanıstan İnsan Haqları Komissiyası "Taliban"ı onun fəaliyyətinə mane olmamağa çağırıb
# 19 sentyabr 2021 03:40 (UTC +04:00)

Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası (AIHRC) ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatını onun normal fəaliyyətinə əngəl törətməyi dayandırmağa çağırıb.

APA TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat qurumun saytında dərc edilib.

“Avqustun 15-dən etibarən AIHRC öz fəaliyyətini davam etdirir, lakin Əfqanıstan xalqı qarşısındakı vəzifələrini yerinə yetirə bilmir. Komissiyanın bütün binaları “Taliban” nümayəndələri tərəfindən zəbt edilib. Hərəkat öz adamlarını təyin edir və qurumun əmlakından, xüsusən də avtomobillərdən və kompüterlərdən öz mənafeyi üçün istifadə edir. AIHRC “Taliban”ı komissiyanın müstəqilliyinə, onun əməkdaşlarına və Əfqanıstan xalqının hüquqlarını qorumaq üçün yorulmadan çalışan bütün əfqanıstanlı insan hüquqları müdafiəçilərinə hörmət etməyə çağırır”, - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR