Əfqanıstanda 53 “Taliban” silahlısı öldürülüb

Əfqanıstanda 53 “Taliban” silahlısı öldürülüb
# 27 oktyabr 2019 12:43 (UTC +04:00)

Əfqanıstan təhlükəsizlik qüvvələri Faryab əyalətində "Taliban" silahlılarının mövqelərinə aviazərbə endirib.

APA-nın “Khaama Press” agentliyinə istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında “Taliban” silahlıları Paştun Kot rayonunda Xvaca Namosi yaşayış məntəqəsindəki posta hücum ediblər.

Döyüş bir neçə saat çəkib, daha sonra “Taliban” silahlılarına aviazərbə endirilib. Aivazərbə nəticəsində ən azı 53 silahlı öldürülüb. Öldürülənlər arasında “Taliban”ın tanınmış komandirləri də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR