Əfqanıstanın əvvəlki rəhbərliyinin nümayəndəsi BMT Baş Assambleyasında çıxış edəcək

Qulam İshakzay

© APA | Qulam İshakzay

# 25 sentyabr 2021 00:53 (UTC +04:00)

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində Əfqanıstanın əvvəlki rəhbərliyi tərəfindən təyin edilmiş nümayəndəsi Qulam İshakzay ölkəsini təmsil edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik “Taliban” hərəkatının öz nümayəndəsinə iclasda danışmaq imkanı verilməsi ilə bağlı müraciətinə hansı qərarın veriləcəyinə dair sualı cavablandırarkən bildirib.

“Bazar ertəsi günü Əfqanıstan nümayəndəsi kimi danışacaq şəxslərin siyahısında Qulam İshakzay yer alıb”, - Düjarrik belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR