Bağdadda partlayış baş verib, 9 nəfər ölüb, 20 nəfər yaralanıb

Bağdadda partlayış baş verib, 9 nəfər ölüb, 20 nəfər yaralanıb
# 06 sentyabr 2016 00:14 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı dinc sakinlərdir.

Məlumata əsasən, paytaxtın şiələr yaşadığı Əl-Karrada rayonunda minalanmış avtomobil partladılıb.

Partlayışın gücündən ərazidə onlarla obyekt və avtomobil yanıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR