Ərdoğan BƏƏ liderini Türkiyəyə dəvət edib

Ərdoğan BƏƏ liderini Türkiyəyə dəvət edib
# 11 mart 2024 23:18 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd Bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barərə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı prezident Ərdoğan Əl Nahyanı ad günü münasibətilə təbrik edib.

Bundan əlavə, Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əl Nəhyanı iki ölkə arasında yaradılmış Yüksək Səviyyəli Strateji Şuranın ilk iclasında iştirak üçün Türkiyəyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR