Ərdoğan Braziliya Prezidenti ilə İsraillə Fələstin arasında münaqişəni müzakirə edib

Ərdoğan Braziliya Prezidenti ilə İsraillə Fələstin arasında münaqişəni müzakirə edib
# 17 oktyabr 2023 19:57 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı İsrail və Fələstin arasında getdikcə şiddətlənən münaqişə və sülhün təmin edilməsi üçün görülməli olan işlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin daimi sülh üçün həll təkliflərini həmsöhbəti ilə bölüşərək, insan haqları çərçivəsində humanitar yardımlarla bağlı hər kəsin konkret addımlar atması lazım olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR