Ərdoğan: "İsrail və Fələstində baş verənlərlə bağlı obyektiv mövqe sərgiləmək lazımdır"

Ərdoğan: "İsrail və Fələstində baş verənlərlə bağlı obyektiv mövqe sərgiləmək lazımdır"
# 10 oktyabr 2023 20:08 (UTC +04:00)

İsrail və Fələstində baş verənlərlə bağlı obyektiv mövqe sərgiləmək lazımdır.

APA-nın yerli bürosunum xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın baş naziri Karl Nehammer ilə birgə mətbuat konfransı zamanı bildirib.

O, ABŞ-nin İsrailə dəstək olaraq təyyarə gəmisi göndərməsinin yanlış addım olduğunu qeyd edib:

“Amerikanın təyyarə gəmisinin İsraildə nə işi var? Nəyə gəlir?… Qəzzanı atəşə tutaraq çox ciddi ölümlərə səbəb olacaq. Suriyada bu gün 20-dən çox hərbi bazası var. Onların orada işi nədir? Buna qiymət vermək lazımdır. Amma Amerika Türkiyənin bir PUA-nı təəssüf ki, vurur. Türkiyə NATO çərçivəsində ABŞ-nin tərəfdaşı deyil? ABŞ bütün terrorçulara təlim keçir, Suriyanı, Yaxın Şərqi qan gölünə çevirir. Bunu görmək lazımdır”.

Ərdoğan İsrail və Fələstində baş verən münaqişənin yaxın zamanda bitəcəyinə inanmadığını vurğulayıb.

Onun sözlərinə görə, ölkəsi vasitəçiliklə bağlı formanı nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR