Ərdoğan İsrailə səfərini ləğv edib

Ərdoğan İsrailə səfərini ləğv edib
# 25 oktyabr 2023 13:57 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

Buna səbəb olaraq İsrailin Qəzzadakı əməliyyatı bildirilib.

Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR