Ərdoğan Quttereşlə Qəzzaya Türkiyə vasitəsi ilə humanitar yardımı müzakirə edib

Ərdoğan Quttereşlə Qəzzaya Türkiyə vasitəsi ilə humanitar yardımı müzakirə edib
# 10 oktyabr 2023 22:17 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Tükiyə Prezident administrasiyası məlumat yayıb.

Tərəflər İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə ediblər.

Türkiyənin vasitəçilik səyləri ilə bölgədəki mülki şəxslərə humanitar yardımların çatdırılması üçün görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan tərəflərin təmkinli davranmasının və impulsiv addımlardan qaçmasının çox vacib olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR