Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin inzibati binasında cari təmir işlərinin aparılması ilə bağlı elan edilmiş tenderin nəticələri açıqlanıb.
Satınalmalar üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, tenderdə “Meliorator Tikinti və Quraşdırma” MMC qalib gəlib.
Əldə olunmuş razılığa əsasən, Vergilər Nazirliyi inzibati binasında cari təmir işlərinin aparılması üçün bu şirkətə 54 532,37 manat ödəyəcək.