Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"

Emanuel Makron: "Fransa Avropa İttifaqından çıxa bilər"
# 01 may 2017 13:17 (UTC +04:00)

Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.

 

APA-nın məlumatına görə, bu barədə o, BBC-yə müsahibəsində deyib.

 

“İrəli” hərəkatının lideri bildirib ki, əgər təşkilat islahatlara getməsə, bu, baş verə bilər: “Düşünürəm ki, mən Avropa İttifaqında və bizim Avropa layihəmizdə dərin islahatlarla məşğul olmalı olacağam. Əks halda Fransa “Frexid”lə üzləşə bilər”.

 

Xatırladaq ki, Fransada yeni prezidentin kimliyi mayın 7-də məlum olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR