Azərbaycan BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlığı genişləndirir

Azərbaycan BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası ilə əməkdaşlığı genişləndirir
# 23 noyabr 2016 12:32 (UTC +04:00)

İqtisadiyyat nazirinin müavini Sahil Babayev BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin davamlı inkişaf üzrə müavini Kaveh Zahidi ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir müavini Azərbaycanın UNESCAP-la iqtisadi əməkdaşlığın təşviqi, layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsi istiqamətində fəal əməkdaşlığı diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən olunması üçün Azərbaycanla UNESCAP arasında Niyyət Protokolunun hazırlanması təklif edilib.

UNESCAP icraçı katibinin müavini Kaveh Zahidi təmsil etdiyi qurumun ölkəmizlə uğurlu əlaqələrini, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin UNESCAP tərəfindən təşkil edilən tədbirlərdə və beynəlxalq ekspert qruplarında səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Görüşdə SPECA-nın 2016-cı il üzrə İqtisadi Forumunun uğurlu nəticələri qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR