Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub

Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub
# 16 aprel 2017 12:36 (UTC +04:00)

İranda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

 

Sərgi ilə tanışlıqdan sonra Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR