ADY: Bakı-Tbilisi-Qars layihəsinin işçiləri yaxın günlərdə maaşlarını alacaqlar

ADY: Bakı-Tbilisi-Qars layihəsinin işçiləri yaxın günlərdə maaşlarını alacaqlar
# 02 avqust 2016 09:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Axalkalaki vağzalının tikintisində iştirak edən işçilər etiraz aksiyasını dayandırıb və işlərini bərpa edib.

Bunu "APA-Economics"ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" ASC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Hazırda hadisə yerində olan N. Əzməmmədov qeyd edib ki, Azərbaycanın "Dəmiryolservis" MMC-nin rəhbərliyi Belorusun podratçı "CC Holding" şirkəti ilə görüşüb. Yaxın günlər ərzində müvafiq vəsait köçürüləcək və işçilər əmək haqlarını ala biləcəklər. "Tərəflər arasında əldə olunan razılıq nəticəsində problem həllini tapıb və işçilər fəaliyyətini bərpa edib", - deyə N. Əzməmmədov qeyd edib.

Qeyd edək ki, "Eurasia Daily" nəşri xəbər verir ki, Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstanın Axalkalaki rayonu ərazisində çalışan işçilər tətil elan edib və əraziyə gedən yolu bağlayıblar. Onlar bildirib ki, 6 aya yaxındır əmək haqlarını ala bilmirlər. Maaşlar verilmədiyi halda onlar aclıq aksiyası keçirəcəyini və əsas avtomobil yolunu bağlayacağını da bildirir.

Belorusun podratçı "CC Holding" şirkətinin nümayəndəsi Tariyel Kaxadze isə bildirir ki, Azərbaycanın "DəmirYolServis" şirkəti onun təmsil etdiyi şirkətə 5,5 mln. dollar borcludur və bu səbəbdən işçilərin maaşını ödəmək mümkün deyil: "Bizim 70 işçimiz var. Artıq 1,5 ildir "DəmirYolServis" ilə əməkdaşlıq edirik. Hər ayın 5-i biz maaş almalıyıq. Lakin 6 aydır ki, bizə 1 qəpik də verən yoxdur. Biz dəmir yolu relslərinin üstündə oturaraq aclıq aksiyası keçirəcəyik. Bizə maaş ödənməyənədək aksiya davam edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR