Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb. DMX-dan APA-ya verilən məlumata görə, xidmət rəisi Türkiyə vətəndaşlarının respublikamızda təhsil aldıqlarına, müxtəlif sahələrdə əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarına, onların və ümumiyyətlə miqrantların hüquqlarının Azərbaycanda hər zaman yüksək səviyyədə qorunduğunu qeyd edib.
Görüşdə Türkiyədən olan iş adamlarına ölkəmizdə yaradılmış şəraitdən məmnunluq ifadə olunub.
Səfir iki ölkə arasında əlaqələrin, o cümlədən miqrasiya sahəsində ölkəsinin müvafiq qurumları ilə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə miqrasiya qanunvericiliyi, miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.