Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər.
“APA-Economics”in “İnterfax” a istinadən verdiyi məlumata görə, bunu XXIII Dünya Enerji Konqresində Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib.
“Tam əminliklə demək mümkün deyil. Ancaq ilin sonuna qədər neftin bir bareli 60 dollar ola bilər”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, qiymətləri müəyyən etmək və formalaşdırmaq onların işi deyil: “Bizim üçün tələb və təklif arasında balansın olması əsasdır. Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”, - deyə əl-Falih bildirib.