Vətəndaş müraciətlərinə baxılmasında nöqsana yol verən 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub

Vətəndaş müraciətlərinə baxılmasında nöqsana yol verən 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub
# 29 dekabr 2015 14:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin orden və medallara layiq bilinməsi qeyd olunaraq, təltif olunmuş əməkdaşlara dövlət mükafatları təqdim edilib.

Kollegiyada "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun ədliyyə orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları vurğulanıb.

Bildirilib ki, ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb, cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9 300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR