Günəşlidə ağacları kəsərək tikinti işləri aparmaqda günahlandırılan şirkət iddialara cavab verib

Günəşlidə ağacları kəsərək tikinti işləri aparmaqda günahlandırılan şirkət iddialara cavab verib
# 05 oktyabr 2016 14:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının Günəşli qəsəbəsində ağacları kəsərək tikinti işləri aparmaqda günahlandırılan şirkət haqqında səsləndirilən iddialara cavab verib.

Şirkətin icraçı direktoru Sənan Rəhimov APA-ya açıqlamasında bildirib ki, bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivinin bir qrup sakini binalarının yanında yerləşən ərazidə aparılan tikintiyə etiraz olaraq aksiyası keçirib.

Aksiya iştirakçılarından biri bildirib ki, park ərazisində tikinti, ağacların kəsilməsi dayandırılmasa, o özünü yandıracaq. Hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində tikinti müvəqqəti olaraq dayandırılıb.

S. Rəhimov qeyd edib ki, sakinlər tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur: “Əvvəla, bizim inşa edəcəyimiz bina qətiyyən park ərazisinə düşmür. Təhlükəsizlik tədbirləri üçün hasara almaq istədiyimiz sahə isə heç də binanın yerləşəcəyi ərazinin tamamını əhatə etmir. Biz sadəcə insanların təhlükəsizliyini daha yaxşı təminat etmək üçün bu hasarı çəkməyi, inşaat işi bitdikdən sonra isə onu sökməyi planlaşdırırıq. Həmçinin onu da qeyd edim ki, parkda bir müddət əvvəl kəsilən ağacların bizə aidiyyəti yoxdur. O ağaclar əvvəl kəsilib. Ağacları kəsən şəxslər həmin ərazidə avtodayanacaq tikmək istəyirmiş. Sonradan hansısa bir vətəndaş tərəfindən parkın içərisində inşa edilməsi planlaşdırılan həmin avtoparkın tikintisi dayandırılıb. Eşitdiyimizə görə, bizimlə əlaqəsi olmayan həmin vətəndaş haqqında hüquqi ölçü də götürülüb. Bizim layihədə nəzərdə tutduğumuz bina isə o əraziyə düşmür”.

Şirkət rəhbəri həmçinin bildirib ki, nəzərdə tutulan bina inşa edildikdən sonra sakinlərin rahatlığını təmin etmək üçün həmin parkda yaşıllaşdırma işləri aparılacaq: “Binanın inşasına lazım olan bütün hüquqi sənədlərimiz var. Bakı şəhər icra hakimiyyətinin 5 may 2016-cı il tarixli sərəncamı ilə bu işə başlamışıq. Bütün hüquqi sənədlərimiz olduğu halda sakinlərin nəyə etiraz etdiklərini anlamırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR