Bakı - APA. “Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır”.
APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır: “Türkiyənin sabitliyi, inkişafı nəinki Türkiyəni sevən, dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır”.
Prezident qeyd edib ki, bu ilin iyulunda Türkiyə çox çətin bir sınaqdan şərəflə çıxdı: “Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək və böyük qəhrəmanlıq göstərərək hərbi çevriliş cəhdinin qarşısını aldı, dövlətçiliyi, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik”.
Azərbaycan prezidenti: “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək Türkiyənin gələcəyini qorudu”
10 oktyabr 2016 14:43 (UTC +04:00)
Xarici siyasət
Azərbaycan Prezidentinin köməkçisi ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə görüşüb
12:22
8 sentyabr 2024
Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzindədir
19:45
6 sentyabr 2024
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət edib
17:56
6 sentyabr 2024
Bakı Təşəbbüs Qrupu Bakıda Mayot adası ilə bağlı konfransdan sonra beynəlxalq təşkilatlara məktub göndərib
16:28
6 sentyabr 2024