Rio-2016: Çinli ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub

<span style="color: red;">Rio-2016:  Çinli ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub
# 08 avqust 2016 03:48 (UTC +04:00)

Bakı-APA. Çinli ağır atlet Lun Tsinstyuan Rio Olimpiadasında ikinövçülükdə (307 kq) dünya rekordunu yeniləyərək 1-ci yer tutub.


APA-nın məlumatına görə, çinli 56 kq çəki dərəcəsində olimpiya çempionu olub.


O, 2000-ci ildə Sidney Olimpiyadasında Türkiyə təmsilçisi Xəlil Mutlunun müəyyən etdiyi rekordu (305 kq) təzələyib.


2-ci yeri London Olimpiadasının qalibi, hazırkı dünya çempionu Şimali Koreyalı Om Yun Çxol, 3-cü yeri isə taylandlı Sinfet Kruaitonq tutub .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR