Bakı. Hafiz Heydərov, Fərid Mirzəyev – APA. Bakıda avtobus qəzaya uğrayıb.
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb. 60 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək körpüyə çırpılıb. Nəticədə avtobusun sürücüsü və avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.
3 saylı şəhər klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər - Acalıyev Sevdiyar Habil oğlu, Zemfira Fərzəliyeva, Xuraman Zeynalova, Elza Hüseynova, Nuranə Verdiyeva, Fatimə İbrahimova, İlham Mansurov və Aytən Quliyeva xəsarət alıb. Onlardan 3 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda 5 nəfər xəstəxanadadır. Qeyd olunub ki, onlar yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.