ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatları keçiriləcək

ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatları keçiriləcək
# 26 sentyabr 2016 00:03 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 26-da Nyu York ştatının Hofstra Universitetində Donald Tramp və  Hillari Klinton arasında ilk teledebatlar  keçiriləcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 21:00-da başlayan debatların moderatoru qismində NBC telekanalının aparıcısı Lester Holt çıxış edəcək.

 

Hazırda ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı cəmi 2 faiz qabaqlayır.

 

ABC  telekanalı və “Washington Post” qəzetinin birgə keçirdikləri  son sorğuya əsasən, Klinton seçicilərin səsinin 46 faizini, Tramp isə 44 faizini toplaya bilər.

 

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR