Hakan Fidan: İraq ilk dəfə olaraq yazılı şəkildə PKK-nı təhdid olaraq qəbul edib

Hakan Fidan: İraq ilk dəfə olaraq yazılı şəkildə PKK-nı təhdid olaraq qəbul edib
# 16 yanvar 2024 16:57 (UTC +04:00)

İraq ilk dəfə olaraq yazılı şəkildə PKK-nı təhdid olaraq qəbul edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, PKK artıq Türkiyənin deyil, İraq və Suriyanın milli təhlükəsizliyini təhdid edən ünsür halına gəlib. Onun sözlərinə görə, Türkiyə bu gün terror təşkilatına qarşı mübarizədə İraq rəsmiləri ilə həmrəyliyini göstərir, daha konstruktiv əməkdaşlığın ola biləcəyinə inanır.

Hakan Fidan, həmçinin onu da vurğulayıb ki, ABŞ terrorçulara texniki və maddi dəstək verdiyi halda, Rusiya Suriyada PKK-nın varlığına göz yumur.

Bundan əlavə, türkiyəli nazir mərkəzi İraqın Süleymaniyyə şəhəri olan Kürdüstanın Vətən İttifaqı partiyasını PKK-ya münasibətini dəyişməyə çağırıb: “Əks halda əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR