HAMAS israilli girovların müraciətini yayıb - VİDEO

HAMAS israilli girovların müraciətini yayıb - VİDEO
# 30 oktyabr 2023 17:39 (UTC +04:00)

HAMAS israilli girovların müraciətini dərc edib.

APA xəbər verir ki, həmin video HAMAS tərəfindən “Telegram”da yayınlanıb.

Videoda 3 nəfər qadın İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətə müraciət ünvanlayıb.

“23 gündür Həmas əsirliyindəyik. Dünən girovların ailələri ilə mətbuat konfransı keçirildi. Biz bilirik ki, atəşkəs olmalı idi. Siz hamımızı azad etməli idiniz. Bunun əvəzinə, sizin siyasi, milli etinasızlığınıza görə cəzalandırılırıq - oktyabrın 7-də baş verən uğursuzluğa görə cəzalandırılırıq. Çünki orada hərbçi yox idi. Heç kim köməyimizə gəlmədi. Bizdən xəbər tutan yox idi. Biz günahsız vətəndaşlarıq. İsrail dövlətinə vergi ödəyən vətəndaşlarıq. Biz girovluqdayıq... Bu qədər İsrail vətəndaşlarının öldürülməsi kifayət deyilmi? İcazə verin onların vətəndaşları, məhbusları getsin. Bizi, hamımızı azad edin”, - müraciətdə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR