Bakı. Məlahət Nəcəfova - APA. "Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həll oluna bilər".
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun AŞPA-da Dağlıq Qarabağla bağlı açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, digər hər hansı ölkə bu prosesə təsir edə bilmir və ya prosesdə iştirak etmir: “Hər şey Minsk qrupu çərçivəsində həll olunacaq”.