Göyçayda əmək yarmarkası keçirilib

Göyçayda əmək yarmarkası keçirilib
# 07 oktyabr 2016 18:25 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, əmək yarmarkasında iştirak edən vətəndaşlara 15 müəssisə və təşkilat tərəfindən 126 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 9-u dövlət, 6 özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib.

Yarmarkada iştirak edən 178 nəfər işaxtaran vətəndaşdan 41-si öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar. Həmçinin, əmək yarmarkasında 36 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib. Qarşıdakı günlərdə boş qalmış 137 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcəkdir.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən 2254 nəfər işaxtaran vətəndaş qeydiyyatdan keçib. Həmçinin 153 nəfərə işsizlik statusu verilərək müavinət ödənilib, 355 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR