Masallıda avtomobil aşıb, ər-arvad ağır xəsarət alıb

Masallıda avtomobil aşıb, ər-arvad ağır xəsarət alıb
# 10 may 2017 15:15 (UTC +04:00)

Masallı rayonunda avtomaşın yoldan çıxaraq aşıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Masallının Alvadı kəndi ərazisində qeydə alınıb. Masallının Oncaqala kənd sakini, 1969-cu il təvəllüdlü Yusubov İbad Razdağ oğlunun idarə etdiyi “Opel” markalı,  99 BJ 973 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

 

Nəticədə sürücü və onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Gülsüm Əfsər qızı Fərəcova ağır xəsarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İ.Yusubovun vəziyyətinin ağır olduğu deyilir.

 

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR