İstanbulda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin VI Konfransı keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, İƏT-ə üzv ölkələrin müvafiq nazirliklərinin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.
Konfransda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi həyatında qadınlardan çox ciddi dəstək gördüyünü qeyd edib.
H. Hüseynova isə Azərbaycanda məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərar qəbuletmədə təmsilçiliyinin artırılması, qadınların iqtisadi fəallığının gücləndirilməsi və digər sahələrdə aparılan mühüm işlər barədə məlumat verib.
Konfransda qadınların statusu ilə bağlı imzalanmış müvafiq sənədlərlə bağlı Azərbaycan hökumətinin hesabatları dinlənilib. Konfransda sədrlik Azərbaycandan Türkiyəyə keçib.
Konfrans çərçivəsində H. Hüseynova bır sıra görüşlər keçirib.