Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 saylı Doğum evində həkimlərin səhlənkarlığı nəticəsində ananın mikroba yoluxmasına münasibət bildirib

Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 saylı Doğum evində həkimlərin səhlənkarlığı nəticəsində ananın mikroba yoluxmasına münasibət bildirib
# 11 oktyabr 2016 10:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sumqayıt şəhər 1 saylı Doğum evində həkimlərin səhlənkarlığı nəticəsində ananın mikroba yoluxduğu bildirilir. APA-ya müraciət edən vətəndaş Fərqan Əliyev deyib ki, Sumqayıt şəhər 1 saylı doğum evində həkimlərin səhlənkarlığı nəticəsində həyat yoldaşı ağır vəziyyətə düşüb və həyatına təhlükə var. Vətəndaş qeyd edib ki, həyat yoldaşını Sumqayıt şəhər 1 saylı doğum evinə yerləşdiriblər. Normal doğuş üçün qəbul olunan xəstəni doğuş edə bilmədiyini əsas gətirərək keysəriyyə yolu ilə əməliyyat ediblər. Müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın vəziyyəti yaxşı deyil. Doğuşdan sonra qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib. Səbəb olaraq isə əməliyyat sonrası bunun normal olduğu bildirilib. 8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Respublika Klinik Xəstəxanasında müayinə edilən ananın əməliyyat zamanı mikroba yoluxduğu məlum olub. Eyni zamanda aparılan müalicələrin heç bir təsirinin olmaması ilə yanaşı bədəndə ağırlaşma yaradıb.

Fərqan Əliyev bildirir ki, Sumqayıt şəhəri 1 saylı doğum evindən Mərkəzi Respublika Klinik Xəstəxanasına göndəriş almaq istəsə də bunu verməyiblər və məsuliyyətdən yayınıblar. Hazırda ananın durumu ağır olaraq qalır. Vətəndaş bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir. Eyni zamanda Səhiyyə Nazirliyindən bu məsələni araşdırmağı tələb edir”.

Məsələyə münasibət bildirən Sumqayıt şəhər Səhiyyə şöbəsinin mətbuat xidmətinin əməkdaşı Xalidə Quliyeva APA-ya açıqlamasında bildirib ki, 1986-cı il təvəllüdlü Əliyeva Aliyə Səyyad qızı oktyabrın 1-də xəstəxanaya daxil olub, oktyabrın 8-də isə evə yazılıb. Ananın 1-ci hamiləliyi olub. Doğuş zamanı biraz qan itkisi olub və ona əlavə qan köçürülüb. Hamiləlik və ya doğuş zamanı anada hər hansı bir xəstəlik aşkar olunmayıb. Nisbətən qan azlığı olub və əməliyyatdan 2 gün sonra qızdırması qalxıb. Oktyabrın 8-də vəziyyəti normal olan ana evə yazılıb. 1 gün sonra yenidən qızdırması qalxıb və oktyabrın 10-da Respublika Klinik Xəstəxanaya daxil edilib.

X.Quliyeva qeyd edib ki, qızdırmanın nədən olması hələlik məlum deyil. Ona doğuş zamanı hər hansı bir infeksiyanın yoluxdurulduğunu demək çətin məsələdir. Bütün lazımi analizlər götürüləcək və sonradan temperaturun nədən qalxma səbəbi dəqiq bilinəcək. Xəstəxanadan çıxanda ananın temperaturu normal olub, sonradan evdə temperaturu qalxıb və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Ona göndəriş lazım idi və bu gün həkimlər veriblər, Ananı əməliyyat edən həkim də Respublika Klinik xəstəxanaya gedib. Zahılıq dövründə ananın temperaturu olursa, ciddi nəzarət altında müalicə almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR