Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi qapalı keçirilib - YENİLƏNİB

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi qapalı keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 04 noyabr 2016 10:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə jurnalistlər üçün qapalı keçirilən prosesdə 3 şahid ifadə verib.

Mehriban Vəliyeva və Kamran Hüseynov ifadələrində bildiriblər ki, təqsirləndirilən şəxsdən mənzil alıblar.

Şirkətdə satış müdiri işləyən Ülviyyə Əliyeva da prosesdə ifadə verib.

Proses noyabrın 16-da davam etdiriləcək.

***

10:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə jurnalistlərin iştirakına şərait yaradılmayıb.

Prosesdə şahidlərin ifadə verdiyi bildirilir.

Qeyd edək ki, əvvəlki məhkəmə prosesləri media nümayəndələrinin iştirakı ilə keçirilib.

İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR