ABŞ Dövlət Departamenti: İraqa yardım üçün 2,1 milyard dollar toplanıb

ABŞ Dövlət Departamenti: İraqa yardım üçün 2,1 milyard dollar toplanıb
# 21 iyul 2016 00:44 (UTC +04:00)

Bakı-APA. İyulun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda İraq üzrə beynəlxalq konfrans keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Məlumata əsasən, konfransda İraqa yardım üçün 2,1 milyard dollar toplanıb. ABŞ, Kanada, Yaponiya, Niderland və Küveytin təşkilatçılığı ilə baş tutan konfransda 24 ölkənin nümayəndəsi iştirak edib.

Toplanan vəsait ərazilərin minalardan təmizlənməsinə, şəhərlərdə infrastrukturun bərpasına, eləcə də əhaliyə humanitar yardımın çatdırılmasına yönələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR