Hindistan Baş nazirinin təyyarəsi 3 il sonra Pakistanın hava məkanından istifadə edib

Narendra Modi

© APA | Narendra Modi

# 22 sentyabr 2021 17:03 (UTC +04:00)

Hindistanın Baş naziri Narendra Modinin təyyarəsi 3 il sonra Pakistanın hava məkanından istifadə edib.

APA-nın xəbərinə görə, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Hindistan Əfqanıstandakı vəziyyətlə əlaqədar Pakistan hava məkanından istifadə etmək üçün rəsmi İslamabaddan icazə istəyib və müraciətə müsbət cavab verilib. Narendra Modinin birbaşa uçuşla üç günlük səfər üçün Nyu-Yorka yola düşdüyü bildirilir.

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edəcək N. Modi səfər çərçivəsində həm də ABŞ Prezidenti Co Baydenlə görüş keçirəcək.

Qeyd edək ki, bu il Hindistan da Pakistanın Baş naziri İmran Xanın təyyarəsinə hava məkanından istifadə edərək onun Şri-Lankaya uçuşuna icazə verib.

Xatırladaq ki, rəsmi İslamabad Cammu və Kəşmirin statusunun dəyişdirilməsinə etiraz olaraq daha əvvəl Hindistan Prezidenti Ram Nat və 2019-cu ildə Baş nazir N. Modinin Pakistan hava məkanından istifadə etməsinə icazə verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR