Hindistan sualtı qayıqdan raket buraxıb

Hindistan sualtı qayıqdan raket buraxıb
# 15 oktyabr 2022 06:34 (UTC +04:00)

Hindistan ordusu ilk dəfə sualtı qayıqdan ballistik raket buraxılışı həyata keçirib.

APA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistan artıq yerdə, suda və havada nüvə zərbəsi endirməyə qadir olan ölkələr sırasına daxil olub. İndiyədək belə potensiala yalnız 5 ölkə - ABŞ, Rusiya, Çin, Fransa və Birləşmiş Krallıq malik idi. Hindistan istehsalı olan sualqtı qayıqdan buraxılış uğurla həyata keçib. Bu qayıqlar nüvə başlıqlı raketləri də daşımaq imkanına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR