Hindistanda yol qəzasında 10 nəfər ölüb

Hindistanda yol qəzasında 10 nəfər ölüb
# 11 avqust 2023 21:08 (UTC +04:00)

Hindistanın Qucarat ştatında mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb. Daha 13 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə NDTV kanalı məlumat yayıb.

Qəza Rajkot-Əhmədabad avtomobil yolunda baş verib. İçərisində 23 nəfərin olduğu mikroavtobus təkəri partladığı üçün idarəetməni itirərək yol kənarında dayanmış yük maşınına çırpılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR