Bakı. Etibar Məmmədov – APA. “KXCP sədri olacağım barədə fikirlər cəfəngiyyatdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) sədr gətiriləcəyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, AXP KXCP ilə yalnız əməkdaşlıqla bağlı müzakirələr aparır: “Burada hər hansı transfer və ya təmsilçilikdən söhbət getmir”.
P. Hüseyn iqtidar-müxalifət görüşlərinin dayandırılmasına da münasibət bildirib. O qeyd edib ki, hazırkı iqtisadi-siyasi vəziyyətdə bu görüşlərin davam etdirilməsi zəruridir.