Yevlaxda intihara cəhd edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax şəhərində 1 nəfərin intihar etmək məqsədi ilə tikilinin üzərinə çıxması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:38-də başa çatıb.