Ukrayna vətəndaşı Qaxda bədbəxt hadisə nəticəsində ölüb

Ukrayna vətəndaşı Qaxda bədbəxt hadisə nəticəsində ölüb
# 08 oktyabr 2016 20:56 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda əslən azərbaycanlı olan Ukrayna vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 8-i saat 11 radələrində 1963-cü il təvəllüdlü Tərlan Müzəffər oğlu Abdurəhmanov ağır kəllə-beyin travması və beyin silkələnməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq 53 yaşlı Tərlan Abdurəhmanovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Qax rayonu Süskən kəndində doğulan və hazırda Ukrayna vətəndaşı olan Tərlan Abdurəhmanov bədbəxt hadisə nəticəsində ölüb. Belə ki 4-5 ay əvvəl Süskən kəndinə gələn Tərlan Abdurəhmanov bu gün səhər saatlarında qardaşının yaşadığı evdə 4 metr hündürlükdə təmir işi aparan zaman ehtiyatsızlıqdan yerə yıxılaraq ağır kəllə-beyin xəsarəti alıb.

Məlumatda bildirilir ki, Tərlan Abdurəhmanovun ailəsi hazırda Ukraynadadır və o özü də gələn həftə ailəsinin yanına qayıtmağı planlaşdırırmış.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR