İranın Kirmanşah əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu gün günün ikinci yarısında baş verən zəlzələ Kirmanşah əyalətinin Sahnə bölgəsində qeydə alınıb.
Hələlik tələfat və dağıntıların olub-olmadığı barədə məlumat verilməyib.