Beynəlxalq Bankın İdarə Heyəti sədrinə yeni müavin təyin olunub

Beynəlxalq Bankın İdarə Heyəti sədrinə yeni müavin təyin olunub
# 11 iyul 2016 07:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının rəhbərliyində dəyişiklik olub.

"APA-Ecoonmics" xəbər verir ki, Elmir Həbibullayev İdarə Heyəti sədrinin müavini təyin olunub. Bu təyinata qədər E. Həbibullayev uzun müddət bankın baş direktoru kimi çalışıb.

Beləliklə, bankın İdarə Heyəti sədrinin müavinlərinin sayı 3-ə çatıb. Bunlar Ülvi Mansurov və Murad Şirəliyevdir.

Baş direktorların sayı isə 2-yə enib. Bunlar Hidayət Sultanov və Fuad İslamovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR