Türkiyədə müxalifyönlü “Cumhuriyet” qəzetinin rəhbərliyi və əməkdaşları – ümumilikdə 9 nəfər haqqında məhkəmənin qərarı ilə həbs tədbiri seçilib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, İstanbulun 9 saylı məhkəməsinin qərarı ilə “Cumhuriyet”in baş redaktoru Murad Sabunçu, köşə yazarı Kadri Gürsel, qəzetin sahibi olan “Cumhuriyet” Vəqfi İdarə Heyətinin üzvləri – Mustafa Kamal Güngör, Öndər Çelik, Bülənt Utku, Musa Kart (karikaturaçı), Hakan Kara (yazar), Güraz Tekin Öz (yazar), Turhan Günay haqqında istintaq müddətində həbs qərarı çıxarılıb. Qəzetin yazarları Hikmət Çetinkaya və Aydın Engin isə yaşları və səhhətləri nəzərə alınaraq sərbəst buraxılıb.
Həbs edilən şəxslər "Fətullahçı Terror Təşkilatı" (FETÖ) və PKK-ya üzv olmadan bu təşkilatlara xidmət etməkdə ittiham olunur