Xaçmaz rayonunda yaşayış evi uçub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Uzunoba kəndində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü Yaqubov Yaqub Ələddin oğluna məxsus ikimərtəbəli ev çöküb. Hadisə zamanı ev sahibləri evdə olmadığına görə xəsarət alan olmayıb.
Evin çiy kərpicdən 1966-cı ildə inşa olunduğu bildirilir.