Rusiyada yaşayış binasında partlayış baş verib, dağıntılar altında qalanlar var

Rusiyada yaşayış binasında partlayış baş verib, dağıntılar altında qalanlar var
# 16 fevral 2016 03:32 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 1-ci mərtəbədən 5-ci mərtəbəyədək binanın bir hissəsi çöküb, dağıntılar altında qalanlar var.

İlkin məlumata görə, hadisəyə məişət qazının partlaması səbəb olub.

Hadisə yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyir. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR