Master Tibot mağazası yeni kampaniyaya başlayıb

Master Tibot mağazası yeni kampaniyaya başlayıb
# 08 avqust 2016 08:22 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanda “hər şey ev üçün” konsepti ilə müştərilərinə müxtəlif ölkələrin istehsalı olan məhsullar təklif edən “Master Tibot” mağazası 08 Avqust tarixindən etibarən hər kəsə faydalı olacaq endirim kampaniyasına start verir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yay kampaniyası çərçivəsində məhsullara 50%-dək endirim edilib.

“50%-dək endirim hamınızın ürəyincə olacaq. Bundan əlavə, mağaza müştəriləri yeni kolleksiya ilə tanış olmağa dəvət edir. Mağaza bağ evində və mənzilində, dəyişiklik etmək istəyənlərə, xalça və yataq örtüklərinə, qazan, tava, çəngəl və bıçaq dəstlərinə, ütü masaları və qurutma aksesuarlarına, isti havalarda həftə sonlarını bağ evində keçirməyi sevən müştərilərə ev mebellərinə, həmçinin fərdi evlərdə və ya tikinti sahələrində çalışan ustalara müxtəlif növlü ev alətlərinə, uşaqlarınız üçün müxtəlif çeşidli oyuncaqlara, ailənizin ən kiçik üzvləri olan ev heyvanlarınız üçün aksesuarlara endirimlər təklif edir”, - deyə məlumatda vurğulanıb.

18 illik təcrübəyə malik Master Tibot, müştərilərinin istəklərini nəzərə alaraq hamınızı mağazaya dəvət edir.

Mağaza, Xətai rayonu, F.Bayramov 28 ünvanında yerləşir (Bakı Əyləncə Mərkəzinin yanı).

Tel: (012) 490 22 25

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR