AMB 5 şirkətlə satınalma müqaviləsi imzalayıb

AMB 5 şirkətlə satınalma müqaviləsi imzalayıb
# 04 may 2017 06:58 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən "Xalq qəzeti"nin 9 və 23 fevral 2017-ci il tarixli nömrələrində dərc edilmiş 8 lotdan ibarət açıq tenderdə tender komissiyasının 13 aprel 2017-ci il tarixli qərarı ilə lot 4 üzrə "Safe Life" MMC, lot 5 üzrə "İNPEKS.N" MMC, lot 6 üzrə "BLG" MMC, lot 7 üzrə isə "İnter Kontinental" MMC və "Şərqmotors" MMC qalib elan ediliblər.

 

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.
 

"AMB tenderə maraq göstərdiyinə görə bütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və tenderdə iştirak etmiş iddiaçıları gələcəkdə faydalı əməkdaşlığa dəvət edir", - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR